Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


08.07.2019  15:38 

Əli Babacan AKP-dən getdi





A+  A-

Türkiyənin keçmiş Xarici İşlər naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa etdiyini açıqlayıb.
XəzərNews.az-ın “milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə o, bəyanatında bildirib.

“Vəzifədə olduğum müddətdə partiyanın prinsip və dəyərlərini həm ölkəmizdə, həm də dünyada inanaraq müdafiə etdim. Türkiyənin tarixi dönəmlərində doğruları üçün göstərilən böyük mübarizələrin içərisində olmaq mənim üçün şərəf oldu. Son illərdə isə bir çox sahələrdə edilən tətbiqlər ilə inandığım prinsiplər, dəyər və fikirlər arasında dərin çatlar yarandı. Beynən və qəlbən bir ayrılıq yaşadım. İnanıram ki, qarşı-qarşıya olduğumuz problemlərin həlli ancaq yüksək və geniş heyətin fəaliyyəti ilə mümkün olacaq. Bərabər çalışmaq və ortaq fikrə gəlmək məcburiyyətindəyik. İşimizin müstəqil və azad şəkildə görülməsi böyük önəm daşıyır. Hər mövzuda ağ səhifələrlə işə başlamaq vacibdir. Bu gerçəkləri diqqətə alsaq, o zaman Ədalət və İnkişaf Partiyasında üzvlüyümün davam etməsi təəssüf ki, mümkün deyil. Bu gündən etibarən istefa ərizəmi partiyanın baş ofisinə çatdırdım”, - deyə Əli Babacan qeyd edib.

Partiyanın əsas yaradıcılarından biri olan Babacanın hansı səbəbdən istefa verdiyi məlum deyil. İddiaya görə, 52 yaşlı siyasətçi Türkiyənin sabiq Prezidenti Abdullah Güllə yeni partiya yaratmağı planlaşdırır.

Xəbər 2983 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +