Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


28.03.2019  14:38 

Kirayə yaşadığı evindən 18 kq narkotik çıxdı





A+  A-

Bakıda 18 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 41,025 qram narkotik vasitə olan heroin və 17,588 qram satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Qəhrəmanovun paytaxt ərazisində kirayədə yaşadığı evə də baxış keçirilib. Oradan da əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülüb. Mənzildən aşkar edilən narkotik vasitələr ekspertizaya göndərilib. Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, evdən götürülən heroinin çəkisi 3 kiloqram 15 qram, marixuana isə 15 kiloqram 575 qramdır. S.Qəhrəmanov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və S.Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 1104 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +