YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


07.04.2020  17:11 

Təxirə düşən imtahanlarla bağlı qərar veriləcək





A+  A-

Təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, bununla bağlı bu gün Mərkəzin rəhbər şəxsləri arasında növbəti 3-cü videokonfrans keçirilib. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, cari işlər, onlayn imtahanlar, onların layihələndirilməsi, nəzarət sistemi və digər İT məsələlərinin həlli imkanlarının müzakirəsindən ibarət olub.

Qeyd edək ki, DİM-in inzibati binalarında vətəndaş qəbulu müvəqqəti dayandırılsa da, müraciətlər 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır.



Xəbər 1545 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +