Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi


23.08.2017  12:29 

Azərbaycandan Həcc ziyarətinə kvotadan artıq zəvvar gedəcək





A+  A-

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayı kvotadan artıq olacaq.
Həccə nəzərdə tutulan kvotadan 300 nəfər artıq zəvvar yola düşəcək.

Xatırladaq ki, builki kvota 600 nəfər nəzərdə tutulmuşdu. Hazırda isə 900 azərbaycanlı zəvvar ziyarətə hazırlaşır.

Qeyd edək ki, ziyarət sabahdan – avqustun 24-dən başlayır. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

(apa.az)

Xəbər 1451 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +