Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


12.07.2017  14:16 

4122 hepatitli xəstə dövlət hesabına müalicə alır





A+  A-

2016-cı ildə ilk dəfə hepatit virusu diaqnozu qoyulmuş xəstələrin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov sorğuya cavab olaraq bildirib ki, ötən il ölkə üzrə virus hepatiti ( A, B, C və digər formaları) diaqnozu cəmi 319 nəfərə qoyulub:
“Onlardan 207 nəfəri kişi, 112 nəfəri qadındır”.
R.Süleymanovun sözlərinə görə, kəskin C hepatiti diaqnozu qoyulan 120 xəstə var:
“Onlardan 0-17 yaşda olan uşaqların sayı 2-dir”.

2016-cı ildə Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib.
Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiyanın məlumatlarına görə, hazırda 4122 hepatitli xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır. (modern.az)

Xəbər 1242 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +