YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


25.04.2017  11:34 

Valyutadəyişmə məntəqələri “qara bazar”ı yox edəcək





A+  A-

Valyuta dəyişmə məntəqələrinın fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir.
XəzərNews.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov məntəqələrin ləğv edilməsinin arzuolunan olmadığını hələ bir il öncə söylədiyini xatırladıb:

Yeni iş yerləri açılır...

“Bir il öncə valyuta dəyişmə məntəqələri ləğv edilən zaman bunun doğru addım olmadığı bildirərək, bu xidməti bərpa etməyin vacibliyini bildirmişdik. Hətta ötən ilin payızında valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərimizi də hökumətə təqdim etdik. Valyutadəyişmə məntəqələri o zaman “qara bazar” ilə əlaqələndirilirdi. Nəticədə bu məntəqələr bağlanandan sonra “qara bazar” “çiçəklənməyə” başladı. Valyutadəyişmə məntəqələrinin olmaması “qara bazar”ın inkişafına gətirib çıxardı. Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 min iş yeri demək idi. Bu məntəqələr ləğv edilən zaman məhz 6 min iş yeri bağlandı. Bu baxımdan, valyutadəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir”.

“Valyutadəyişmə məntəqələri “qara bazar”ı yox etmək üçün yaradılır”

V.Bayramovun sözlərinə görə, valyutadəyişmə məntəqələri məhz “qara bazar”ı ləğv etmək üçün bərpa olunur:
“Əksər bankların alış və satış kursu arasında fərq yenə də var. Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Əslində, səbəblərdən biri məhz valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi. Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən “qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir. Bu isə ondan xəbər verir ki, valyutadəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək.
Valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti "qara bazarda" fəaliyyət göstərirdilər. Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər. Bir il öncə “qara bazarın” yaranmaması üçün valyutadəyişmə məntəqələrinin ləğv edildiyi bildirilsə də, əslində indi bu məntəqələr “qara bazarı” ləğv etmək üçün bərpa edilir. Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlaması vacibdir”.

Xəbər 1867 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +