Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


10.04.2017  09:02 

Qlobal təhlükə: Yer suyun altında qalacaq





A+  A-

Tezliklə əriyən buzlar səbəbindən Yer kürəsinin suya qərq olacağı açıqlanıb. ABŞ kosmik agentliyi NASA on ildir ki, buzlaqların vəziyyətini izləyir və "IceBridge" missiyası çərçivəsində hava şərtlərini öyrənir.
XəzərNews.az Sputnik-ə istinadən xəbər verir ki, agentlikdən mövcud durumla bağlı yeni açıqlama gəlib.
Bu il martın əvvəlində alimlər bildiriblər ki, Arktikada dəniz buzlarının həcmi müşahidə olunduğu bütün dövrlər içərisindəki ən aşağı səviyyəsinə çatıb. Buzlaqların ərimə sürəti isə ekspertlərin bütün proqnozlarını ötüb keçib.
Ötən 10 il ərzində çoxillik buzların həcmi 15 faiz azalıb. Nəticədə dünya okeanının səviyyəsi sürətlə 40 santimetr artıb. "IceBridge" missiyasının Kanada, Qrenlandiya və Şimal Buzlu Okeanı üzərində həyata keçirilən 8 saatlıq uçuşunu "Getty Images" agentliyinin fotoqrafı Mario Tama müşayiət edib. Ona Arktika buzlarının necə tədricən yoxa çıxmasını öz gözləri ilə görmək və bu gözəlliyin kadrlarını çəkmək nəsib olub. Tama öz fotoobyektivinin köməyi ilə dünyanın ən soyuq ucqarlarında baş verənləri fotoların yaddaşına köçürüb.

Xəbər 3380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +