“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.12.2023  09:22 

“Trampın seçkilərdə mümkün qələbəsi ABŞ üçün bir çox təhlükələr yaradır” -Bayden





A+  A-

“Keçmiş Amerika lideri Donald Trampın gələn il keçiriləcək prezident seçkilərində mümkün qələbəsi ABŞ üçün bir çox təhlükələr yaradır”.

Xəzərnews.az APA-ya istinadən xəbər verir ki, bu fikri ABŞ-ın hazırkı dövlət başçısı, demokrat Cozef Bayden Los-Ancelesdə seçki kampaniyası üçün vəsaitin toplanmasına həsr olunmuş tədbirdə bildirib.

O, administrasiyasının nailiyyətləri haqqında danışıb və çıxışının ortasında Respublikaçını (Donald Tramp – Qeyd) tənqid etməyə başlayıb:

“Biz bilirik ki, bütün bu irəliləyişlər növbəti seçkilərdə təhlükə altında olacaq. Donald Tramp bu ölkə üçün çoxlu təhlükələr yaradır. Seçmək hüququndan tutmuş vətəndaş hüquqlarına, səsvermə hüququna və Amerikanın dünyadakı mövqeyinə qədər. Tramp Amerika demokratiyası böyük təhlükədir”.

Amerika lideri hesab edir ki, respublikaçıların seçkilərdə mümkün qələbəsi halında Trampın ikinci prezidentlik müddəti birincidən daha pis olacaq.


Xəbər 1157 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +