“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.01.2021  14:49 

Qarabağda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılıb





A+  A-

“İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq, işlərə artıq başlanılıb. Nazirlik “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələşməsini aparılıb”.
XəzərNews.az xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə bildirib. O qeyd edib ki, hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb:

“Bu il sizin aqrar sahədə həyata keçirdiyiniz islahatlardan bəhrələnərək nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək. Sizi əmin edirik ki, bu sahədə qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi göstərəcəyik”.

Xəbər 2504 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +