Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


20.07.2019  12:32 

NRYTN də gücləndirilmiş iş rejiminə keçir





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 21-27 iyul tarixlərində Bakı şəhərində keçiriləcək “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
XəzərNews.az xəbər verir ki, oyunların keçiriləcəyi məkanlar keyfiyyətli və fasiləsiz telekommunikasiya, internet, mobil yayım və poçt xidmətləri ilə təmin edilib.

Yarışların təşkil olunacağı məkanlara müvafiq EATS-lərdən fiber-optik kabellər çəkilib.

İstifadəçilərin tələblərinə uyğun olaraq radiotezliklərin ayrılması və həmin radiotezliklərin maneəsiz işini təmin etmək məqsədilə ilkin radiomonitorinq həyata keçirilib.

Yarışlar zamanı 4 ədəd mobil radiopelenqasiya stansiyası Bakı şəhəri üzrə radiomonitorinq işləri aparacaq.

Ölkəmizə gələcək turistlərin daşınması üçün Təşkilat Komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 270 sürücü ayrılıb. Hava limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq yarışı izləmək üçün ölkəmizə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib. “Bakı Taksi Xidməti” MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşən öhdəliklərin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.

Xəbər 1431 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +