Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


22.02.2025  14:25 

Təhsil eksperti azadlığa buraxıldı





A+  A-

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Smart Business Qroup" şirkətinin direktoru, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Xəlilov Anar Tapdıq oğlu azadlığa buraxılıb.

XəzərNews.az Unikal-a istinadən xəbər verir ki, qərar hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Belə ki, Anar Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev isə Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib.

Qeyd edək ki, Anar Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən heç kimə qarşı dələduzluq etmədiyini, sadəcə pandemiya ilə əlaqədar sərhədlər bağlandığından tələbələri xaricə göndərə bilmədiyini əsas gətirmişdi:

"Telekanalların bir çoxunda bu şirkətin rəhbəri kimi çıxışlar etmişəm. Bu da mənim şirkətin həqiqi rəhbəri olmağıma sübutdur. Bütün müqavilələr otağımda çəkiliş kamerasının vasitəsilə çəkilib. Xəzər TV-də müsahibəm var ki, bizdə əvvəldən ödəniş olmayıb. Tələbə ali məktəbə qəbul olandan sonra ödəniş olunub, əvvəldən ödəniş olunmayıb. Tələbələri necə yola salmağıma gəlincə, qan analizi alınıb, tibbi müayinədən keçiblər.

Dələduzluq niyyətim olubsa, nəyə görə müqavilə bağlamışam? Onlara bütün proseduru izah eləmişəm. Hər bir qrupu yola salmadan valideyinlərlə görüş keçirmişəm. Pandemiya başlamasına görə sərhədlər bağlandı. Tələbələrin dərsləri xaricdən onlayn keçirildi. Bu distant təhsilə isə bizim tələbələr hazır deyildi".

Xəbər 1433 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +