Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


29.01.2024  21:39 

Gürcüstanda toyda qulağımın dibində atəş açdılar -Damla





A+  A-

"Gəncədə toyda idim. Çox şən toy gedirdi. Anidən gəlinin atası yıxıldı, hamı ətrafına toplaşdı. Adamın ürəyi dayanmışdı. Gəlinin ağ libasda meyiti qucaqlayıb qışqıraraq ağlamasını unuda bilmirəm".

Xəzərnews.az xəbər verir ki, bu fikirləri lent.az-a müsahibəsində müğənni Damla söyləyib. O, getdiyi el şənliklərində və toylarda başına gələn maraqlı məqamlardan danışıb.

"Gürcüstanda toyda qulağımın dibində atəş açdılar. Qorxudan ölmüşdüm. Çox pis qorxmuşdum. Ömrümdə silah görməmişdim. Özümü toplayıb məclisi idarə eləmək xeyli zamanımı aldı. Çox çətin olmuşdu o gün mənə", - müğənni bildirib.

O, Rusiyada toyda yaşanmış qeyri-adi bir hadisədən də danışıb.

"Peterburqda toyda idik. Çox şən bir məclis idi. Birdən əli silahlı polislər məclisi basdılar. Heç kimin şadlıq evindən çıxmağa ixtiyarı yox idi. Hadisə olmuşdu, bütün kişiləri, hətta toyun bəyini də götürüb apardılar. Toy cəmi 2 saat davam etdi. Məclisdə ancaq qadınlar qalmışdı, Məcbur olduq, məclisi dayandırdıq", - o vurğulayıb.

Xəbər 1150 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +