Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


18.04.2022  10:33 

“Divara vururdu ki, insanlar əlin çəksin”





A+  A-

Dünən Park Bulvarda məşhur azərbaycanlı bloger Hüseyn Həsənovla görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, izdiham yaşanan görüşlə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Görüntülərdə blogeri görmək istəyənlərin çoxluğu, karantin qaydalarının pozulması, heçə sayılması diqqətdən yayınmayıb.

Səhnədə olan şəxslərin bloger üçün ora toplaşan fanatları qayışla vurması, gənclərin bir-biri ilə dava etməsi, təzyiq göstərməsi kimi görüntülər də insanlar tərəfindən tənqid edilib.

Bloger Hüseyn də həmin görüntülərə münasibət bildirib. O, “Instagram” hesabında paylaşım edib və qayışla insanları vuran şəxsin onun mühafizəçilərindən olmadığını deyib.

Daha sonra həmin şəxslə görüşdüyünü bildirən bloger, deyib: “O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.

Hüseyn həmin şəxsin fotosunu da paylaşıb:



Xəbər 1768 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +