Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


12.09.2019  21:53 

Azərbaycanlı mühacir Almaniyada intihara cəhd etdi





A+  A-

Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı azərbaycanlı özünə qəsd edib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev yayıb.

Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial qurumun binasına daxil olub, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb.

O, ağır dərəcəli yanıqdan koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb. İlkin məlumata görə, Bağırov Emin Sumqayıtda anadan olub. Evlidir, iki uşağı var. Uşaqları Sumqayıtda yaşayır.

Hələ də komadan ayılmayan Eminin vəziyyəti ağır olaraq qalır. Sabah onu əməliyyat edəcəklər.

Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Xəbər 1572 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +