Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


18.09.2020  14:37 

Baş Prokurorluq intihar edən müəllimin işi ilə bağlı müraciət yaydı





A+  A-

Baş Prokurorluğun Mətbuat Xidməti intihar edən 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayeva ilə bağlı yayılan məlumatlar haqda açıqlama yayıb.
XəzərNews.az-a daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Xəbər verildiyi kimi, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilənlərlə bağlı, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən, cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə, istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur".

Xəbər 1996 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +