“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


05.11.2018  15:23 

Borcunu qaytarmayan əmisioğlunu bıçaqladı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 20 min dollar borcunu qaytarmayan əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, İ. Hümbətov paytaxtın 3-cü mikrorayonunda yerləşən bazarda meyvə-tərəvəz satmaqla məşğul olub.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses noyabrın 12-də davam etdiriləcək.

İttihama görə, İ. Hümbətov əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib. V. Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olub. O, İsmayıla biznesini genişləndirmək üçün pul lazım olduğunu, qarşılığında ona da əlavə gəlir verəcəyini bildirib. İ. Hümbətov qayınatası Adəm Hüseynovdan 30 min dollar alaraq ona verib. Daha sonra Vasif işlərinin yaxşı getmədiyini deyib və borcu qaytarmayıb.

İ. Hümbətov özünün "Ford Tranzit" avtomobilini 6 min manata satıb, həyat yoldaşının qızılları lombarda qoyaraq 3700 manat götürüb. Həmin pulları qayınatasına qaytarıb. Vasif də sonra ona 10 min dollar qaytarıb. Qalan 20 min üçün isə hər dəfə bəhanə uyduraraq gecikdirib.

İsmayıl Vasiflə görüşüb, bu zaman Vasif pulu olmadığını deyib. İsmayıl əsəbləşərək ona bir sillə vurub, Vasif isə "bu silləni sənə yedizdirəcəm" deyib.

İ. Hümbətov bu sözündən sonra hiddətlənərək Vasifin kürəyindən 3 bıçaq zərbəsi vurub. Daha sonra taksi çağıraraq onu xəstəxanaya aparıb. Həkimlərin müdaxiləsi nəticəsində V. Hümbətovun həyatını xilas etmək mümkün olub.

Xəbər 1774 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +