“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


08.05.2025  16:42 

Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?





A+  A-

Bu gün Fransanın paytaxtı Parisdə İkinci Dünya müharibəsində Nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər keçiriləcək. Təntənəli mərasimə, demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çağırılmayıb.

Leyla Abdullayevanın dəvət edilməməsi rəsmi Parisin Bakıya qarşı açıq hörmətsizliyi kimi qiymətləndirilir. Bu, yalnız Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlıların xatirəsinə hörmətsizlik deyil, həm də Parisin İkinci Dünya müharibəsi qurbanlarının xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə etməsinin göstəricisidir.

Fransa Müqavimət Hərəkatında azərbaycanlıların iştirakı danılmaz faktdır. Təkcə “Armed Mişel” ləqəbli Əhmədiyyə Cəbrayılovun fəaliyyəti unudulmazdır. Əlbəttə, Fransada hər zaman Emmanuel Makron kimi zəif və şəriştəsiz siyasətçilər olmayıb. Fransa lideri Şarl de Qoll Makrondan fərqli olaraq İkinci Dünya müharibəsindən siyasi məqsədlər üçün istifadə etmirdi.

Əhmədiyyə Cəbrayılovun Şarl de Qoll ilə görüşü hələ də yaddaşlardadır. Bu görüş həm də azərbaycanlıların dünya müharibəsindəki rolunun beynəlxalq səviyyədə etirafı baxımından əhəmiyyət daşıyır. De Qollun Cəbrayılovu şəxsən qəbul etməsi, “Fransa qəhrəmanı” kimi tanıması və mükafatlandırması, onun müqavimət hərəkatına qatılan hər bir döyüşçüyə minnətdarlığının göstəricisi idi. Bundan əlavə, Fransa rəhbərliyi Ə.Cəbrayılova Hərbi Xaç, “Döyüş Şücaəti” Xaçı, “Fransız Müqavimət Hərəkatı” medalı, “Cəsarət” medalı vermişdi.

Aydındır ki, Leyla Abdullayevanın məlum tədbirə dəvət edilməməsi rəsmi Parisin Bakıya düşmən münasibətinin növbəti nümunəsidir. Bu gərginliyin bir çox səbəbi olsa da, əsas səbəb 2023-cü ildə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Fransa xüsusi xidmət orqanlarının Azərbaycandakı casus şəbəkəsini ifşa etməsi və bu əməliyyatın nəticəsində Fransanın iki diplomatının “persona non grata” elan edilərək ölkədən çıxarılmasıdır. Hətta Fransa Prezidenti Emmanuel Makron DTX-nin uğurlu əməliyyatından sonra, 2023-cü ilin dekabrında Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Bernar Emyeni vəzifəsindən azad etmişdi.

Görünən odur ki, Fransa Azərbaycanla bağlı yanlış siyasətinə davam edir. Təəssüf doğuran əsas məqam Makronun iki ölkənin xalqları arasında bağlara zərər vurması və ədavət yaratmasıdır.

Turan Rzayev
Politoloq


Xəbər 1943 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +