“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


16.05.2025  12:34 

Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ





A+  A-

Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib.

Bu barədə Xəzərnews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı "Gold Palace", "Okean", "Green House", "Xəlifə", "Qərb", "Həyat Saray", "Bəyaz Saray”, "Sevgi Palace” şadlıq sarayları, eləcə də "Xan”, "Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib:

"Faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür"


Xəbər 1476 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +