Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


06.07.2018  13:16 

“Xəzər fəlakətin astanasındadır” - Putinin xüsusi nümayəndəsi





A+  A-

1990-cı illərdən Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında mübahisə predmeti olan Xəzər dənizinin hüquqi statusu Mərkəzi Asiya ölkələri rəhbərlərinin Astanada yaxın tarixdə baş tutacaq görüşündə müəyyənləşə bilər.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Xəzər dənizi ölkələri ilə əməkdaşlıq məsələsi üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

Abdulatipov xatırladıb ki, Xəzərin hüquqi statusu ilə bağlı mübahisənin müzakirəsi və həlli cəhdləri 25 ildən çoxdur ki, davam edir:

“Diplomatlarımızın fikrincə, biz indi o nöqtəyə gəlib çatırıq ki, bütün beş ölkə razılığa gəlməyə hazırdır. Böyük ehtimalla, bu il Astana sammitində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalamaq mümkün olacaq”.

Abdulatipovun fikrincə, bu sənəd olmadan aktiv iqtisadi əməkdaşlıqdan danışmaq çətindir. Prosesin ləngiməsi ekoloji problemin dərinləşməsinə gətirib çıxaracaq:

“İfrata varmadan demək istəyirəm ki, Xəzər bir neçə istiqamət üzrə fəlakətin astanasındadır, bir neçə il əvvəl Xəzərin mühafizəsi ilə bağlı imzalanan Tehran konvensiyası o qədər də effektiv işləmir”.

Xəbər 1702 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +