Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


11.03.2017  19:37 

Rusiya Qarabağ münaqişəsinin həllində niyə təşəbbüsü ələ alıb?





A+  A-

"Bu, bir sirr deyil. Hamı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya əsas rol oynayır".
XəzərNews.az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə çalışırlar. Həmsədr bildirib ki, 25 ildir danışıqlar aparılsa da, Qarabağ problemi həll edilməyib.

"Lakin deyə bilərəm ki, bu diplomatik danışıqlar bir çox zorakılığın qarşısını ala bilib. Yenidən diplomatik mühit yaradılmalıdır ki, tərəflər razılığa gəlsin"-deyə, o, qeyd edib.

Onun sözlərinə görə, tərəflər siyasi iradə nümayiş etdirməli və razılığa gəlməlidir. Hoqland cəbhədə son zamanlar baş verən toqquşmaların hamını narahat etdiyini bildirib. O, Rusiyanın münaqişənin həllində aparıcı rola malik olmasında toxunub və fikrini belə əsaslandırıb:

"Bilirsiniz ki, zaman-zaman həmsədrlərdən hansısa aparıcı rola malik olub. Bir zamanlar Amerika, sonra isə Fransa təşəbbüsü ələ almışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə son zamanlar deyir ki, Rusiya aparıcı rol oynayır. Rusiya da daxil olmaqla, həmsədr dövlətlər münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır".

Xəbər 2919 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +