Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib
Moskva sülh niyyətini təsdiqləyib - Lavrov
İcra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır
Sabahdan istilər başlayır
İqbal Əbilov 18 il azadlıqdan məhrum edilib
İcra başçısı onları işdən çıxartdı
Trampın Putinlə söhbəti Avropanı məyus edib
Ruslar Xarkov və Sumini ələ keçirməklə hədələyib
Əshabi-Kəhf “Əlamut qalasına” çevrilir, deputat da imamı olur...


06.10.2021  21:51 

“Şirkətimi qalib etməsinə görə 61 min manat vermişəm“ - Məhkəmə





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən şahid Azər Əliyev bildirib ki, çap işi ilə məşğul olub və bir neçə nazirliklə bu işlə bağlı əməkdaşlıq edib: "A dizayner" və "M dizayn" şirkətlərinə rəhbərlik etmişəm. Xarici İşlər Nazirliyi ilə müqavilə əsasında işləyirdik. Tenderlər keçirilib və bir neçə tenderin qalibi olmuşuq. 2011 və 2014-cü illərdə keçirilən ümumilikdə 456 min manatlıq tenderlərin və 2015-2017-ci illərdə keçirilən 512 manatlıq tenderin qalibi olmuşuq. Pulun hamısına məhsul almışıq. Mən Səlim Əlizadə və Fərhad Mollazadəni elə nazirlikdən tanıyıram. Şirkətimi tenderdə qalib etməsinə görə Səlimə Əlizadəyə 61 min manat vermişəm. Müqaviləni nazirliyin İşlər İdarəsinin müdiri ilə bağlamışdım".

Daha sonra şahid qismində Aleksandr Qriqoriyeviç dindirilib. O deyib ki, XİN-lə 5 il əməkdaşlıq edib: "Kartriclərin doldurulması və təmiri ilə məşğul idim. Bizim aramızda müqavilə olmadığından məvacibi nağd şəklində alırdım. Mənə pulu Səlim Əlizadə verirdi".

Digər şahid Ələkbərov Nicat isə deyib ki onun xəbəri olmadan şirkət təsis edilib və Rövşən adlı şəxs həmin müəssisənin adından pul çəkib: "Mən taksi sürücüsü işləyirəm. İstintaqa çağırdılar və onda bildim ki, adıma 4-5 şirkət açılıb".

Proses oktyabrın 13-də davam edəcək.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar./"Report" /

Xəbər 2373 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +