Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


09.03.2024  17:20 

Bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar





A+  A-

İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar.

Xəzərnews.az DİN-ə istinadla xəbər verir ki, paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1110 manat çıxararaq nağdlaşdırıb.

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Taleh Nəzərov saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb.

T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.

Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Emin Səmədli , qardaşı Elvin və tanışları Anar Abdullazadə saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 6845 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +