200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.04.2017  15:24 

Erməni əsilli idmançını məğlub edən azərbaycanlı Avropa çempionu oldu





A+  A-

29 mart – 2 aprel 2017-ci il tarixində Beynəlxalq MMA (qarışıq təkbətək döyüş) Federasiyasının (International Mixed Martial Arts Federation) təşkilatçılığı ilə Bolqarıstanın Sofiya şəhərində keçirilmiş 2017-ci il üzrə həvəskarlar arasında Avropa Çempionatında Azərbaycan idmançısı Sənan Səfərli qalib gələrək 56 kq çəki dərəcəsində birinci yeri tutub.
XəzərNews.az xatırladır ki, Sənan ilk görüşdə əslən erməni olan Livan idmançısını məğlub etmişdi. Daha sonra Qazaxıstan idmançısına qalib gələrək finala yüksələn idmançımız çempionata ev sahibliyi edən Bolqarıstan idmançısına final görüşünün elə ilk raundunda boğucu fənd tətbiq edərək döyüşü vaxtından əvvəl qələbə ilə bitirib.
Sənan Səfərli MMA üzrə Avropa Çempionatının qızıl medalına layiq görülüb, təltifetmə mərasimində Azərbaycan himni səsləndirilib.
Sənan Səfərlinin qələbəsi ilə yanaşı çempionatda qarışıq təkbətək döyüş üzrə Azərbaycandan olan iki hakim – Cavid Məmmədov və Vüsal Bayramov çempionat çərçivəsindəki döyüşlərdə referi qismində çıxış ediblər.
Qeyd edək ki, İMMAF Dünyada yeganə beynəlxalq idman MMA Federasiyasıdır. Azərbaycan MMA Liqasi İMMAF Beynəlxalq MMA Federasiyasının tamhüquqlu üzvüdür və Azərbaycanda rəsmi nümayəndəsidir. Kənan Məmmədov – Azərbaycan MMA Liqasının prezidentidir.
Çempionatın nəticələri ilə aşağıdakı keçid vasitəsilə Beynəlxalq MMA Federasiyasının rəsmi səhifəsindən məlumat əldə edə bilərsiniz:
http://www.immaf.org/2017-euros-championships-results/


Xəbər 3990 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +