Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


06.08.2019  13:43 

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ





A+  A-

Avqustun 7-nə olanhava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-60 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və şərq rayonlarında gecə və səhər şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Xəbər 1545 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +