Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?


02.06.2020  11:20 

“Bir “dırınqlet” maşını var, yardım da ala bilməz”





A+  A-

“Təmsil etdiyim İmişli rayonunda örüş yerləri problemi var. Dünən İmişlinin Hacalmuradlı kəndində çəkilmiş bir videoya baxdım və məsələnin nə qədər acınacaqlı olduğu bir daha göründü. Bir tərəfdə döyülənlər, söyülənlər, digər tərəfdə pis vəziyyətdə qalan polis zabitləri və qan içində olan vətəndaş. Kəndlinin örüş sahəsi olmasa, o kəndli necə yaşaya bilər?”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışında deyib.

“Bu kəndli inəyini, qoyununu, keçisini harada saxlasın? İmişlidə kəndlilərin yaxşı bir sözü var. Deyirlər ki, inəyimizi ayağımıza bağlayıb saxlayaq? İmişli böyük torpaq sahələri olan rayondur. Amma əhali örüş yeri tapmır ki, heyvan saxlasın. Bəs nə ilə dolansın? Adına 10-15 sot torpaq var, yaxud bir “dırınqlet” maşını var, yardım ala bilməz, heyvan saxlamaq istəyir ki, dolanışığı olsun, örüş sahəsi isə yoxdur. Niyə yoxdur? Çünki uğursuz torpaq islahatı nəticəsində bütün torpaqlar pay-püşt edilib. Adam var ki, adına beş min hektar, 100, 200, 300, 500, 1000, 2000 hektar torpaq sahələri var. Məsələ burasındadır ki, elə icarədarlar var, onlar həqiqətən də əkin-biçinlə məşğuldurlar. Amma elə sahələr var ki, sadəcə çəpərlənib, nə istifadə edilir, nə də əkilib-becərilir. Özünün beş-on heyvanını saxlayır. O böyük və istifadəsiz torpaq sahələri kimə məxsusdur? Böyük əksəriyyəti Bakıdakı məmurlara, rayonda vəzifə tutanlara. Bəs kasıb nə etsin? Bu şəkildə torpaq islahatı hazırlayıb Prezidentə təqdim edənlər məsuliyyət hiss etməlidirlər. Uzun müddət uğurlu torpaq islahatından danışıldı. Bu, sadəcə gözə kül üfürmək idi. Kolxozların dağıdılmasına və torpaqların paylaşdırılmasına rəvac verənlər, Prezidentə bunu təqdim edib tez-tələsik imzaya nail olanlar qoy məsuyliyyət hiss etsinlər.

Nurullayev həmçinin çıxışında torpaqlarla bağlı yeni qanunun hazırlanmasının vacibliyini qeyd edib: “Biz buna başlamalıyıq ki, qalan əraziləri xilas edək. Çıxış yollarından biri torpaq sahiblərinin və icarədarlarının qeyri-qanuni, rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edib sahib olduqları torpaqlarının heç olmasa 30-40 faizindən könüllü şəkildə imtina edərək xalqa qaytarmasıdır. İmişlinin yeni icra başçısı cənab Elçin Rzayev, yaxud digər rayonlara təyin edilən yeni başçılar təkbaşına işləyə bilməzlər. Onlar Prezidentin tapşırıqlarını yerinə yetirməkdə böyük çətinliklə üzləşəcəklər. Biz torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə, onlara da kömək etmiş olarıq”.

Xəbər 2569 dəfə oxunub.




16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +