Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


13.02.2024  16:54 

Günay Mehdiyeva ilə bağlı paylaşım diqqət çəkib





A+  A-

Bir neçə ay əvvəl şantaj olunduğunu iddia edən bloger Günay Mehdiyeva ilə bağlı paylaşım diqqət çəkib.

Xəzərnews.az xəbər verir ki, onun əri Fərdi canlı yayım açaraq xanımından ayrıldığını iddia edib. Fərdinin iddiasına görə Günay ona xəyanət edib.

Xatırladaq ki, bloger Günay Mehdiyeva bir müddət əvvəl keçmiş həyat yoldaşı Fərdi Əliyev tərəfindən şantaj olunduğunu açıqlayıb. Əri isə bu iddiaları təkzib edib.

"Biz ayrılmışıq. Bundan əvvəl də dəfələrlə ayrılmışıq, səbəbi də xəyanət olub. Amma mən onu bağışlamışam, çünki onu sevmişəm. Mən başqaları kimi gecə həyatı yaşamıram, sosial şəbəkəni də övladıma görə işlədirəm, çünki başqa iş yerim yoxdur. Reklam çəkilişlərinə getsəm də, saat 5-də evdə oluram. Amma bu gün mənim o şəxsə (əri) atdığım şəxsi şəkillər, nömrəm "Telegram" kanallarında gəzir. Mənə deyir ki, səni bütün Azərbaycana biabır edəcəyəm. Sabah mənim başıma nə isə gəlsə, özümə nə isə etsəm, bilin ki, o insana görə etmişəm. Çünki o insan mənim həyatımı, gəncliyimi məhv etdi. Mən artıq son həddə çatmışam. Artıq təkbaşına heç nəyi bacara bilmirəm. Məndən əl çək! Zatən həyatımı, ailəmi məhv etmisən, niyə bir də bunları edib məni ölümə sürükləyirsən?! Mən gedib özümü öldürsəm, şəkillərim yayılsa, nömrəmə minlərlə adam zəng vursa, kimin əlinə nə keçəcək? Həqiqətən son həddəyəm... Bunu edən mənim öz həyat yoldaşım, uşağımın atasıdır".

Daha sonra bu haqda açıqlama yayan Fərdi Əliyev iddiaları təkzib edib:

"Mən Günayı sevərək ailə qurmuşam, bu günə qədər çox dalaşmışıq, ayrılıb-barışmışıq, amma bu son idi. Haqqımda deyirlər ki, guya mən nələrsə paylaşmışam. Belə bir şey yoxdur. Kim nə yazırsa yazsın, maraqlı da deyil. Mən hərbi xidmətdəyəm, burada qızımı, sizi, Vətənimi qoruyuram. Mənə belə söz-söhbətlər lazım deyil, buna ehtiyacım da yoxdur. Ön cəbhədə düşmənlə üzbəüz yerlərdə xidmət edirəm".//Milli.az

Xəbər 1205 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +