Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


22.06.2020  17:26 

“Koronavirus zəifləyib və əvvəlki qədər ölümcül deyil” - Məşhur həkim





A+  A-

Yoluxucu xəstəliklər üzrə italiyalı professor Matteo Bassetti koronavirusun keçirdiyi mutasiyalar səbəbindən zəiflədiyini və ölümcül təsirinin azaldığını açıqlayıb.
XəzərNews.az “NTV”yə istinadən xəbər verir ki, mütəxəssis bu gedişlə peyvəndə ehtiyac olmadan virusun tədricən yox olacağını qeyd edib. O, bunu İtaliyada son vaxtlar müşahidə olunan koronavirus xəstələrinin vəziyyəti ilə əsaslandırıb.

Bassettinin sözlərinə görə, hazırda İtaliyada insanlar xəstəliyi nisbətən daha yüngül keçirir və əvvəlki qədər yüksək dozalarda yoluxmalar müşahidə olunmur. Onun fikrincə, buna səbəb bir neçə faktor ola bilər: Virusun genetik mutasiya ilə daha az ölümcül olması, sosial məsafə qaydaları və sağalmış xəstələrin sahib olduğu immunitet.

“80 və 90 yaşlı pasiyentlər belə yataqda sərbəst şəkildə hərəkət edir və nəfəs ala bilirlər. Eyni xəstələr bir ay əvvəl yoluxsaydılar, öləcəkdilər”,- deyə Bassetti bildirib. O qeyd edib ki, virus xüsusilə ağciyərlərə daha az zərər verən genetik mutasiyaya uğrayıb.

Ancaq dünya üzrə bir sıra digər mütəxəssislər virusun zəiflədiyinə dair iddiaların şübhəli olduğu və buna dair heç bir sübutun mövcud olmadığı qənaətindədirlər.



Xəbər 3654 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +