Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı
Azad edilmiş rayonlara şəxsi maşınla getmək olar
Sabah gündüz 21° isti olacaq


28.04.2025  19:51 

“Top İran tərəfindədir“ - Siyasi şərhçi





A+  A-

İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri iki ölkə arasında münasibətlərin yenidən inkişafına stimul olacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib.

Siyasi şərhçi qeyd edib ki, İran prezidenti M.Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında regional yeni siyasi-təhlükəsizlik çağırışları fonunda baş verir:

"İran daima Azərbaycanla siyasi müstəvidə böhrana aparacaq siyasət həyata keçirib. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından həlledicidir. Amma, rəsmi Tehran Azərbaycanla bağlı öz siyasətində ciddi korrektlərə getməlidir. İran prezidentinin bu səfərində iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, ortaq layihələrin icrası razılaşdırılacaq. Amma, İran tərəfi "Zəngəzur" dəhlizinin açılması istiqamətində öz qeyri-konstruktiv mövqeyindən geri çəkilməlidir. Prezident M.Pezeşkian səfər öncəsi verdiyi açıqlamada Zəngəzur dəhlizi ilə bağlı pozitiv açıqlama verdi. Amma, bu məsələdə Ali dini rəhbər Ə.Xameneinin açıqlaması Tehranın rəsmi mövqeyi kimi qəbul edilir. Bu səfərdən sonra Tehran Zəngəzurla bağlı siyasətində korrektlər edə bilər".

M.Əsədullazadə qeyd edib ki, M.Pezeskianın bu səfərdən sonra bir müddət münasibətlərin normal müstəvidə davam etməsi gözlənilir:

"Amma, İranın mühafizəkar kəsimi Azərbaycanla siyasətində müsbət istiqamətdə dəyişikliklər edəcəyi gözlənilmir. Buna baxmayaraq iki ölkə arasında münasibətlərin M. Pezeşkianın prezidentliyi dönəmində böhranlı vəziyyətə gəlməyəcək. Tehranda oturanlar başa düşməlidir ki, Azərbaycandan İrana qarşı hər hansı təhdid yoxdur".

"İsrail Bas nazirinin Azərbaycana səfəri gözlənilir. Bu səfərdən sonra İranda radikallar Azərbaycana qarşı yenidən informasiya təxribatlarına başlayacaq. Təbii ki, İsrail Baş naziri İran-Azərbaycan əməkdaşlığından narahatdır. İsrailin Baş naziri B. Netanyahu regional ittifaqları və dövlətlər arasında münasibətləri pozacaq fiqurdur. Amma, Azərbaycan öz müstəqil siyasi gündəliyi var. Rəsmi Bakı B. Netanyahuya Ağ Ev deyil. Azərbaycan qonşulari ilə normal münasibətlərə üstünlük verəcək xəttə sahibdir. Prezident İlham Əliyev İranla normal münasibətlərdə maraqlıdır. Bunun üçün kifayət qədər siyasi iradə ortaya qoyur. Top İran tərəfindədir", - deyə Məhəmməd Əsədullazadə bildirib.

Xəbər 1657 dəfə oxunub.




14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +