Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


08.12.2025  17:00 

Kadırovun qohumu İrəvanda öldürüldü





A+  A-

Çeçen qaçqın Ayşad Bəymuradovanın İrəvanda ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, Ermənistan hüquq-mühafizə qurumları ölüm faktını “qəsdən adam öldürmə” maddəsi üzrə araşdırsa da, rəsmi tibbi ekspertiza hələlik nəticə açıqlamayıb. Lakin hadisə ilə bağlı bir neçə mənbə 23 yaşlı qadının zəhərlənmə nəticəsində öldürülmüş ola biləcəyini bildirir.

Hadisə oktyabrın 19-u İrəvanın mərkəzində yerləşən kirayə evdə qeydə alınıb. Ayşad Bəymuradovanın cəsədi çarpayıda aşkarlanıb. Onu axırıncı dəfə oktyabrın 15-i sosial şəbəkələrdən tanış olduğu bir şəxslə görüşə gedərkən görüblər.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir kişi və bir qadın barəsində axtarış elan edib. Təhlükəsüzlük kameralarının görüntülərində həmin şəxslərin hadisə baş verən gecə mənzili tələsik tərk etməsi əks olunub. Məlumatlara görə, onların daha sonra Rusiyaya yollandığı ehtimal olunur.

İlk versiyalarda ölümün boğulma nəticəsində baş verdiyi deyilirdi. Lakin müstəqil araşdırma aparan hüquq müdafiəçiləri və bir neçə beynəlxalq media mənbəsi iddia edir ki, Bəymuradova zəhərlənərək öldürülüb. Bu məlumat rəsmi qurumlar tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.

Qeyd olunur ki, Ayşad Bəymuradova Çeçenistandakı təzyiqlərdən sonra 2025-ci ilin əvvəlində Ermənistana sığınıb, yerli və beynəlxalq hüquq müdafiəçilərinin müşayiəti ilə qoruma altına alınıb. O, Çeçenistan rəhbəri Ramzan Kadırovla uzaq qohumluq əlaqəsinə malik idi.

Hadisə ictimaiyyətdə geniş rezonans doğurub. Bir sıra hüquq müdafiəçiləri ölümün qisas məqsədilə ola biləcəyini istisna etmir və Ermənistan hakimiyyətini şəffaf istintaq aparmağa çağırır. Sosial şəbəkələrdə “Ayşad üçün ədalət” adlı kampaniya başlayıb.

Ayşad Bəymuradovanın cəsədi hələ də meyitxanada saxlanılır. Ölüm səbəbi barədə yekun ekspertiza rəyinin yaxın günlərdə açıqlanacağı gözlənilir.



Xəbər 702 dəfə oxunub.



10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +