Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


09.12.2024  16:41 

Ukraynadakı diasporumuzun dəstəyi ilə Kiyevdə tədbir keçirildi -Fotolar





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəstəyi və Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyətinin təşəbbüsü ilə Kiyevin Beynəlxalq Mədəniyyət və İncəsənət Mərkəzi Həmkarlar İttifaqının akt zalında Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib

Bu barədə Xəzərnews.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı deyib. müxtəlif ölkələrin bayraqlarıyla bəzədilən akt zalında Ukraynann azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın adları olan stend qoyulub.

Tədbirdən öncə iştirakçılar Kiyevinn “Mixaylovski” meydanında Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olanları bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Fəxri qonaqlar qismində - Ukrayna veteranlarının işi üzrə nazir Nataliya Kalmikova, nazir müavini Yuliya Kirillova, Kırım-tatar xalqının lideri Mustafa Cəmilov, Kırım-tatar Məclis başqanı Refat Cubaryov, Ali Radanın deputatları - Mixail Bondar, Yeqor Cernyev, Anatoli Ostapenko, Müdafiə Nazirliyi Baş Qərargahının Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitləri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukraynada yaşayan azərbaycanlı alimlər - Fərhad Turanlı, Arif Quliyev, Çeçen könüllü batalyonu komandirləri, Gürcü milli legionu komandirləri, Kırım-tatar könüllü batalyonunun şəxsi heyəti iştirak ediblər.

Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyətnin həmsədri Vidadi İsrafilov qonaqları salamlayıb və tədbirin mahiyyətindən danışıb, təşkilatın müharibə dövründə həyata keçirdiyi layihələrdən bəhs edib.





Xəbər 4577 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +