Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


09.12.2021  09:46 

“Qarabağ” İsveçrədə “Bazel”lə qarşılaşacaq





A+  A-

Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

XəzərNews.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrənin “Bazel” klubunun qonağı olacaq. “Sent Yakob-Park” stadionunda oynanılacaq oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək.

Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv səkkizdəbir finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.

“Qarabağ”ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. “Bazel”in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.

Bu oyun “köhlən atlar” üçün avrokuboklarda yubiley matçı olacaq. Komanda beynəlxalq arenada 140-cı görüşünə çıxacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıdakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Qrupun digər oyununda Kiprin “Omoniya” komandası Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Xəbər 1803 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +