Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama


16.12.2025  09:58 

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi...





A+  A-

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

XəzərNews.az xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub.

Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir.

Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq Azərbaycana gəlmir.

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcək.

Xəbər 605 dəfə oxunub.




17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +