“Baku Electronics”in fırıldağı - Müştəriyə işlənmiş kondisioner satılıb
İcra başçısının adından dələduzluq
Bolt-un kuryeri müştərini təqib etdi - Cəza verildi
“Aeroflot“dan sonra hakerlər Rusiyanın iki iri aptek şəbəkəsini çökürtdü
Türkiyə-Pakistan ittifaqı İslam Dünyasını xilas edəcək?
Məhkəmənin qərarına hörmətsizlik edən şəxs kimə arxayındır? - Fotolar
“Mən cəsus deyiləm, sadəcə...” — Eks-deputat DANIŞDI
İran Rusiyanın düşmənidir, yoxsa müttəfiqi? - ŞƏRH
Körpələrin zirzəmiyə salındığı bağça nəzarətə götürüldü
Büdcəyə 14320 manat ziyan vuran direktor həbs edilmədi


29.07.2025  10:43 

Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar





A+  A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin əməkhaqqından müəyyən məbləğdə vəsait tutur. Qurum bu vəsaitlərin əvəzində tətil, sanatoriya və digər sosial xərclərin qarşılanacağını vəd edir. Lakin son dövrlər bu istiqamətdə ciddi narazılıqlar müşahidə olunur.

Sosial şəbəkələrdə müəllimlər üçün yaradılmış “Təhsil forumu” qrupunda yüzlərlə müəllim İttifaqdan narazılığını ifadə edərək bildirir ki, onlara nəzərdə tutulan heç bir xidmət göstərilmir. Şikayətçilər uzun illər əməkhaqqılarından tutulmalara baxmayaraq, sanatoriya və digər istirahət mərkəzinə göndəriş ala bilmədiklərini vurğulayırlar.

Qeyd edək ki, ötən ilə qədər bu xidmətlərdən yalnız az sayda müəllim yararlana bilib. Çoxsaylı şikayətlərdən sonra guya şəffaflığın təmin olunması məqsədilə onlayn müraciət sistemi istifadəyə verilib. Müəllimlər bu portal üzərindən qeydiyyatdan keçərək tətil üçün "putyovka" almağa çalışsalar da, müraciət edənlərin böyük əksəriyyəti əsassız şəkildə rədd cavabı aldıqlarını bildirir. Hətta bəzi müəllimlər bu səbəbdən quruma üzvlükdən imtina etmək üçün ərizə ilə müraciət edəcəklərini də qeyd edirlər. Müəllimlərə təzyiq olunacağı ehtimalını nəzərə alaraq, onların adlarını gizlətmək məcburiyyətində qaldıq.




Eyni zamanda, rədd cavabı ilə bağlı bir qrup müəllim redaksiyamıza şikayət edib. Hətta Publika.az-ın əməkdaşının müəllim olan ailə üzvünün müraciətinə də rədd cavabı gəlib.

Maraqlıdır, müəllimlərin maaşından tutulan vəsait konkret olaraq hansı istiqamətlərə yönəldilir?

Tətbiq edilən onlayn müraciət sistemi ilə bağlı nə qədər müraciət qəbul olunub və bunlardan neçə nəfər müsbət cavab alıb? Rədd cavabının səbəbi nədir?

Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sorğu göndərdik. Lakin sorğumuza və zəngimizə cavab verən olmadı.







Xəbər 228 dəfə oxunub.




29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu

29.07.2025  17:33 

Dərmanlar bahalaşacaq - SƏBƏB

29.07.2025  16:40 

6-cı cinayətindən bəraət aldı

29.07.2025  15:08 

Bu şəxslərə vəzifə verildi

29.07.2025  12:59 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +