Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?


10.12.2025  15:22 

Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır





A+  A-

2024-cü ildə azı 71 rusiyalı hərbçi, 2025-ci ilin ilk yarısında isə 86 hərbçi özünə qəsd edib. Bu göstəricilər yalnız arxa cəbhədə baş verən hadisələri əhatə edir.

XəzərNews.az xəbər verir ki, məlumatı Ukrayna Hərbi Kəşfiyyatı (GUR) yayıb.

Qeyd olunur ki, döyüş bölgələrində qeydə alınan, görüntülərlə təsdiqlənmiş intihar hadisələrinin sayı 400-ə yaxınlaşır. Bu statistikanı “X” (Twitter) platformasında “@GloOouD” adlı tədqiqatçı aparır. Onun iddiasına görə, real rəqəmlər daha yüksək ola bilər, çünki bir çox hadisələr kameraya düşmür və ya yerində təsdiqlənmir. Mənbə bu fərqin 5 dəfə və daha çox ola biləcəyini qeyd edir.

Verilmiş məlumatlara görə, Rusiya hərbçiləri arasında ilk təsdiqlənmiş intihar faktı 23 noyabr 2022-ci ildə qeydə alınıb. Ən çox hadisə isə 2025-ci ilin yanvarında - 31 fakt olmaqla müşahidə olunub.

Ukrayna tərəfi iddia edir ki, döyüş videosu materiallarında bəzi rusiyalı hərbçilərin fərdi qoruyucu vasitələr - zirehli gödəkçə və digər vasitələr olmadan xidmət etdikləri görünür. Bu isə yaralanma və ölüm risklərini artırdığı üçün psixoloji gərginliyin yüksəlməsinə səbəb ola bilər.

Hərbçilərin bəzilərinin əsir düşmək əvəzinə intihar yolunu seçdiyi də iddialar arasındadır. Rusiya tərəfi hazırda bu məlumatlarla bağlı rəsmi açıqlama verməyib.

Xəbər 804 dəfə oxunub.




17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +