Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video


01.09.2020  14:26 

Türkiyə Almaniya təyyarəsinin Ermənistana uçmasına icazə verməyib





A+  A-

Türkiyə Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçmasına icazə verməyib.
XəzərNews.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin sözçüsünün “Deutsche Presse-Agentur”a verdiyi məlumata görə, iyulun sonunda Kölndən Ermənistanın paytaxtı İrəvana uçuşu planlaşdırılan hərbi təyyarənin Türkiyə ərazisindən keçməsinə icazə verilməyib. Nəticədə, təyyarə hərbi bazaya qayıtmalı olub.

Məlumatda Almaniya Hərbi Hava Qüvvələrinə (Bundesver) məxsus Kölndən havaya qalxan hərbi nəqliyyat təyyarəsinin İrəvana doğru istiqamət aldığı və oradan erməni əsgərlərini Almaniyada təlim kurslarına gətirmək üçün yola çıxdığı bildirilib.

Uçuşun dayandırılmasına səbəb təyinat nöqtəsi olub. Belə ki, Türkiyənin Ermənistanla heç bir diplomatik əlaqəsi mövcud deyil.

Türk səlahiyyətlilərinin hava sahəsindən istifadəni qadağan etməsindən sonra hərbi təyyarənin avqustun ortalarında daha uzun bir yolla Rusiya üzərindən İrəvana uçduğu və erməni hərbçilərini Almaniyaya gətirdiyi qeyd olunub.



Xəbər 2320 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +