Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


27.12.2021  12:16 

Paşinyan Araik Arutyunyanı aradan götürmək istəyir?





A+  A-

"Nikol Paşinyanın mətbuat konfransının və Facebook-da verdiyi şərhlərin əsas xüsusiyyəti onun Artsaxda (Qarabağ) daxili siyasi "uyğunluğu" dəyişdirmək istəyi ilə bağlıdır. Məlum səbəblərə görə ictimaiyyətin diqqəti Nikol Paşinyanın azərbaycanpərəst təbliğatına və mövzunun Azərbaycan "sousu" altında təqdim olunmasına yönəlib, lakin Nikolun əsas məqsədi Qarabağın hazırkı prezidentini vəzifəsindən uzaqlaşdırmaqdır".

Bu barədə "Mənim şərəfim var" müxalifət fraksiyasının deputatı Tiqran Abramyanın "Facebook" səhifəsində bəyanatında deyilir.

"Bu işdə problem Araik Arutyunyanın şəxsiyyətində deyil. Paşinyan anlayır ki, hazırda Qarabağda yeni prezident seçkilərinin keçirilməsi praktiki olaraq qeyri-mümkündür və ona görə də Arutyunyanın hakimiyyətdən uzaqlaşdırılması üçün pərdəarxası prosesə başlayıb. Burada problem Araik Arutyunyanın yaxşı və ya pis olması deyil, Paşinyan üçün Arutyunyanın vəzifədən uzaqlaşdırılması və vakant prezident kürsüsünün təmin edilməsi prosesinin başlamasının Qarabağı iqtidardan məhrum etmək məsələsində ən qısa və son addım olmasıdır", - erməni müxalifətçi yazır.

O iddia edir ki, Paşinyanın daxili motivi Qarabağ məsələsi ilə bağlı məsuliyyətdən tamamilə xilas olmaq və bunun müqabilində digər məsələlərdə Türkiyə və Azərbaycandan kompromis əldə etməkdir./Milli.Az

Xəbər 1906 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +