ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda
TƏBİB və İTSDA-dakı yoxlamalar təsdiqləndi - Açıqlama


14.08.2025  10:22 

Paşinyan: Saziş İran və Rusiya üçün...





A+  A-

“Məncə, saziş və bəyannamənin İran və Rusiya üçün çox ciddi faydaları var. Bu saziş həyata keçirildikdə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək. Rusiya və İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək”.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan və ölkəsi arasında imzalanan və paraflanan sənədlərlə bağlı “Fox News” telekanalına müsahibəsində deyib.

Baş nazir regionda kommunikasiyaların və ya nəqliyyat dəhlizlərinin açılmasının hər kəs üçün faydalı olacağını bildirib:

“Demək istədiyim odur ki, əgər biz bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm və hiss olunan, görünməmiş faydalar əldə edəcək. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur.

Ona görə də mən bunu beynəlxalq sabitlik və təhlükəsizlik çərçivəsində bütün ölkələrə, o cümlədən bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli faydalar gətirə biləcək çox mühüm saziş hesab edirəm”.

Xəbər 1151 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +