Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


05.08.2025  09:57 

Xırdalanda qazi evində bıçaqlandı





A+  A-

Abşeron rayonunda Vətən müharibəsi qazısı bıçaqlanıb.

XəzərNews.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisində baş verib. Vətən müharibəsi iştirakçısı Rövşən müharibədən sonra aldığı baş-beyin travmalarına görə mütəmadi olaraq ağrıkəsici dərmanlar atırmış. O, müharibədə aldığı zədələrə görə əsəbi olduğundan ailəsindən də ayrılıb, tək yaşayırmış.

Bir müddət əvvəl evdə tək olan Rövşənin yenidən ağrıları başlayıb və o, dostlarını köməyə çağırıb. Nəcəf, Ozan və Nahid Rövşənə yardım etmək üçün gediblər. Onlar evə daxil olanda mənzilin dağınıq olduğunu görüblər və Rövşənin evini səliqəyə salmağa başlayıblar. Bu vaxt Rövşənlə Ozan arasında mübahisə başlayıb və onlar əlbəyaxa olublar. Bu vaxt Ozan mətbəxdəki bıçağı götürərək Rövşənə beş bıçaq zərbəsi endirib.

Rövşən digər dostlarının sayəsində xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ozan Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilir.

Tərəflər arasında barışıq elan olunduğundan məhkəmə Ozanın cəzasını şərti hesab edir.

Xəbər 71 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +