Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


16.06.2022  13:57 

“Qiymətlər artır, narazılıqlar yaranır” - Deputat





A+  A-

“Hazırda ölkədə satılan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Mövsümi meyvələrin qiyməti isə ötən illə müqayisədə ikiqat bahadır. Məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır”.

XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, yerli məhsulların istehsalı, onun artırılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, bu məhsulların bahalaşması yolverilməzdir:

“Bəzi insanlar qlobal bahalaşmadan sui- istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar. Bunun qarşısı alınmalıdır. Bildirilir ki, son illər kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir, ancaq əksinədir. Sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, onlar məhsula istənilən qiyməti qoyub bazara çıxarmalıdırlar. Bu qətiyyən yolverilməzdir. Vətəndaşlar da bazarlardakı qiymətlərdən narazıdırlar. Müəyyən işbazlar bazarları tənzimləyirlər, ona görə də bu qədər qiymət artımı, narazılıqlar yaranır”.

Xəbər 1666 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +