Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


04.01.2018  11:18 

2018-ci ildə manatın taleyi necə olacaq? ...





A+  A-

İqtisadçı Vüqar Bayramov bu il manatın dollara nisbətdə möhkəmlənə biləcəyi barədə suallara aydınlıq gətirib.
XəzərNews.az-ın məlumatına görə, V.Bayramov bildirib ki, manatın indiki məzənnəsinin qorunub saxlanması daha məntiqlidir:

“Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu. Mərkəzi Bankın mövqeyi dəyişməyib: əgər qlobal şoklar baş verməzsə, o zaman 2018-ci ildə ildə manat dəyər itirməyəcək. Baş bankda bu şokların nə olduğu açıqlanmasa da təbii ki, söhbətin neftin qiymətindən getdiyini təsəvvür etmək çətin deyil. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. O baxımdan, iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı”.

Ekspert deyib ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görünmür:

“Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb. Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəlləyişə səbəb olar. Builki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməs ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da son qərarı Mərkəzi Bank deyəcək. Baş bank isə hələlik milli valyutanın möhkəmlənməsində maraqlı deyil”.

Xəbər 2567 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +