Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


07.02.2025  14:19 

Piramida şəbəkəsinin rəhbərinə 8 il həbs verildi





A+  A-

Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan “İnstpower” piramidasının ölkədəki nümayəndəsi 1998-ci il təvəllüdlü Orxan Babayev cinayət məsuliyyətinə cəlb edilib.

Xəzərnews.az xəbər verir ki, O.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Bildirilib ki, maliyyə piramidası “Powerbank biznesi”nə pul yatırmaq və bundan gündəlik qazanc əldə etmək vədi üzərində qurulub və buraya minlərlə insan qoşulub.

Cinayət işi üzrə isə 20-yə yaxın şəxs zərərçəkmiş qismində tanınıb. Onlara 256 min manatdan artıq zərər dəydiyi qeyd edilib.

Həmçinin məlum olub ki, Orxan Babayev onunla xaricdən əlaqə saxlayan “Cessika” və “Maria” adlı şəxslərlə əlbir olub. O, həyat yoldaşının adına 11 mobil nömrə alaraq həmin şəxslərə ötürüb. Xaricdəki şəxslər həmin mobil nömrələrlə “m10” mobil tətbiqində hesablar yaratmaqla pul qəbul etməyə başlayıblar. Beləliklə, milyon manatlarla pul bu yolla dövriyyədə olub. Daha sonra isə sistemin adminləri proqramı söndürərək bütün vəsaiti ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Babayevə 8 il həbs cəzası verilib.

Xəbər 2065 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +