Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


28.12.2023  17:05 

General Orucov 9 il 6 ay azadlıqdan məhrum edildi





A+  A-

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasan, general Orucov ittiham edildiyi maddələrlə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl B.Orucov və vəkili Elvin Rzayev məhkəmədən bəraət hökmü çıxarılmasını istəmişdi.

Bir azdan B.Orucovla birgə mühakimə olunan Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovla bağlı da hökmün elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, B.Orucov “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra həbs edilib.

General və onunla birgə ittiham olunanlar Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirdi.

Xəbər 1069 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +