Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


14.09.2020  21:36 

ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yaydı





A+  A-

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) Parisdə məsləhətləşmələr aparıblar.
XəzərNews.az ATƏT-in saytına istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər bu il iyulun ortalarında Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə xüsusi diqqət yetirərək bölgədəki vəziyyəti nəzərdən keçiriblər. Onlar tərəflərin mesajlarını və narahatlıqlarını diqqətlə nəzərdən keçirərək qiymətləndiriblər.

Həmsədrlər A.Kaspşik tərəfindən döyüş mövqelərindəki vəziyyət barədə məlumat alıb və monitorinqi bərpa etmək üçün etdiyi hərəkətləri alqışlayıblar.

Minsk qrupunun yaydığı bəyanatda deyilir ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqlara fəal və hərtərəfli kömək etməyə davam edirlər.



Xəbər 2306 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +