Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


16.07.2024  17:38 

Nurlan Məhərrəmova hökm oxunub





A+  A-

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Nurlan Məhərrəmova hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən 126.2.4-cü maddəsindən 126.1-ci maddəyə tövsif olunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki ötən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nurlan Məhərrəmov mübahisə zəmnində sevgilisi 1993-cü il təvəllüdlü Rasim Əliyevi bıçaqlamaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər 13864 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +