Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?
Qarpızı bu aylarda yeyin... - Yoxsa zəhərlənərsiniz


12.12.2024  12:45 

Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var





A+  A-

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat müdiri Şamil Şahbazov həmin müsəssisənin direktoru Rüstəm Talışınskini məhkəməyə verib, onun həbsini tələb edir

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, məhkəməyə müraciət edən şəxs işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. Ş.Şahbazov məhkəməyə direktorla bağlı faktlar təqdim edib və bu faktları nəzərə alaraq ona cinayət işinin qaldırılmasını xahiş edib.

İşə bu gün Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılacaq. Hakim Əfsanə Heydərovadır.

İddia ərizəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun keçmiş direktoru, hazırda Səhiyyə nazirinin müavini olan İlqar Qasımovun da adı çəkilir. İddia olunur ki, həmin müəssisə hələ də onun nəzarətindədir və prosesleri əvvəllər köməkçisi olmuş, hazırda baş həkim işləyən Nizami Məmmədov və yaxın qohumu, satınalma şöbəsinin 22 yaşlı şöbə müdiri Yusif adlı şəxsin vastəsi ilə idarə edir.


İlqar Qasımov

Qeyd edək ki, İlqar Qasımov 2018-2020-ci illərdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.

Ondan sonra təyin olunan direktorların işləmə müddəti çox az olub. Belə ki, 2020-2024-cü illər ərzindı 4 direktor dəyişib. Ondan sonra direktor təyin olunan Elviz Qasımov (Respublika Klinik Xəstəxanasının hazırki direktoru) cəmi 9 ay, Şahin Əkbərov təxmini 1 il, Kamil Eyvazov 5-6 ay çalışıb. Bu ilin may ayında isə Direktor vəzifəsinə haqqında məhkəməyə şikayət edilən Rüstəm Talışinski təyin edilib.

Məhkəmə prosesini işıqlandıracağıq.


Fotoda Nizami Məmmədov

Xəbər 4081 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +