İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


03.10.2017  16:28 

Ziya Məmmədovu yenə “BUDADILAR”! - Sabiq nazirin xaricdəki gizli əmlakları müsadirə olunub!





A+  A-

Bu yaxınlarda sabiq nəqliyyat naziri Ziya Məmmədovun xaricdə daha bir neçə çox qiymətli daşınmaz əmlakı fiksə olunub və “müsadirə” edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “AzPolitika.info”ya sabiq nazirə yaxın mənbələrdən məlumat daxil olub.

Z.Məmmədovun ətrafında belə “əməliyyat-axtarış” tədbirləri 3-4 ildir ki, davam edir. Ən populyar versiyaya görə, Z.Məmmədov 2013-cü ilin Prezident seçkiləri ərəfəsindəki xəyanətkar davranışlarına görə hakimiyyətin qəzəbunə tuş gəlmiş baş nazirin sabiq birinci müavini Abbas Abbasovla gizli əlaqələrinə görə cəzalandırılır. Onun Azərbaycandakı və xaricdəki bütün biznesinə “əl qoyuldu”, ətrafı təmizləndi, əksər səlahiyyətləri əlindən alındı və 2-3 il davam edən bu “budama prosesi”nin sonunda bu ilin fevral ayında Nəqliyyat Nazirliyi Rabitə və İnformasoya Texnologiyaları Nazirliyinə birləşdirilməklə, Z.Məmmədovun formal nazir statusuna da son verildi. Vəzifəsini itirdikdən sonra Z.Məmmədovun doğulduğu Ucar rayonundakı malikanəsinə qapıldığı, hətta dini mütaliə ilə məşğul olduğu bildirilib.

Lakin belə görünür ki, nə Ziya Məmmədov mal varlığı ilə bağlı tam dolğun məlumatları təqdim edib, nə də ona inanıblar. Bu üzdən sabiq nazirin ətrafında kəşfiyyat fəaliyyətinə də son verilməyib. Elə davam edən bu fəaliyyət nəticəsində də Z.Məmmədovun vaxtilə soyad eyniliyi təşkil etməyən uzaq qohumlarının adına xaricdə bir neçə bahalı daşınmaz əmlak aldığı da müəyyənləşdirilib. Həmin şəxslər və onların adına olan əmlaklar təsbit edilib və səssizcə “müsadirə edilib”.

Məlumata görə, Z.Məmmədovun uzaq qohumları ilə “profilaktik söhbətlər” müsbət nəticələnib və onlar adlarına olan əmlakı səssizcə təhvil verməyə razılaşıblar. Bundan sonra həmin əmlaklar hökumətdəki qüdrətli şəxsin yaxınlarının adına keçirilib.

Xəbər 3164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +