“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?
Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı
Tanınmış şirkətdə 2 milyonluq YEYİNTİ
İtkin düşən qızın ailəsi: “Dedi ki, daha sənin kimi anam yoxdur“
Səs yazısı yayılan direktor işdən ÇIXARILDI
Arvad ərini bıçaqlayaraq öldürdü


22.09.2020  17:07 

Oqtay Əsədovun eks-kürəkəni London meri olmaq istəyir





A+  A-

Bu gün İngiltərə mediasında azərbaycanlı Kamran Balayevin London meri postuna namizəd olması barədə məlumat yayımlanıb. 39 yaşlı Kamran Balayevin namizədliyinin "Renew" partiyasından irəli sürüldüyü bildirilir.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kamran Balayev Milli Məclisin keçmiş spikeri, hazırkı deputat Oqtay Əsədovun sabiq kürəkənidir. Oqtay Əsədovun qızı Nərminə Əsədova Kamran Balayevlə 2002-ci ildə rəsmi nikaha girib. Onların evliliyi 10 il sürüb.

K.Balayev və O.Əsədov 2012-ci ildə mülk davalarına görə uzun müddət məhkəmə salonlarında çəkişiblər. Belə ki, Azərbaycanda Ədliyyə Akademiyasının rektor əvəzi və prorektoru olan Kamran Balayev O.Əsədovun qızından boşandıqdan sonra ailəsi ilə mübahisəli vəziyyətə gəlib. Çünki K.Balayev sabiq spikerin bir çox işlərinə nəzarət edib. O, həmçinin 2010-cu ildə parlament seçkiləri öncəsi Oqtay Əsədovun seçki qərargahının rəhbəri olub.

Bu arada qeyd edək ki, 2012-ci ildə Nərminə Əsədova boşanma üçün müraciət edəndən sonra anası Zemfira Əsədova da Səbail rayon məhkəməsinə müraciət edərək Kamran Balayevə qarşı iddia qaldırmışdı. Əsədovlar ailəsi K.Balayevdən birgə nikah dövründə əldə olunan bütün əmlaklardan imtina etməsini və maddi təzminat ödəməsini tələb edirdi. Qanuna görə isə birgə nikahda əldə edilən, N.Əsədova ilə K.Balayevanın adına olan əmlaklar bölünməli idi.

Məlumata görə, Oqtay Əsədov o zaman bir çox mülkünü də kürəkəninin adına keçiribmiş.

Daha sonra eks-kürəkənin ölkədən İngiltərəyə qaçdığı haqda məlumatlar da yayılmışdı. K.Balayev Kembric, Harvard Universitetlərində, Beynəlxalq Antikorrupsiya Akademiyasında və London İqtisadiyyat və Siyasi Elmləri Məktəbində təhsil alıb.

K.Balayev hazırda Londonda fəaliyyət göstərən "INTERNATIONAL RISK LTD" şirkətinin direktorudur.

O, 2010-cu ildə Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini kimi Avropa Şurasında çıxış edib.

2011-ci il yanvarın 4-də K.Balayev və N.Əsədova cütlüyünün adına ofşor zonalarda “Stanway Management Limited” adlı şirkət də yaradılıb. 2013-ci il oktyabrın 31-də, yəni boşanmadan sonra şirkət fəaliyyətini dayandırıb.



Xəbər 3205 dəfə oxunub.




05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb

05.08.2025  11:08 

Sabiq deputata yeni vəzifə verildi

05.08.2025  10:31 

41 dərəcəyədək isti var


BÜTÜN XƏBƏRLƏR +