“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.01.2019  13:19 

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı





A+  A-

27 noyabr 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 8 dövlət orqanında mövcud olan 65 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumata görə, 174 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin Əmək bazarının təhlili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Nazirliyin Daxili nəzarət və audit şöbəsinin Təftiş, monitorinq və təhlil sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Dövlət Turizm Agentliyinin Hüquq və insan resursları şöbəsi, şöbə müdirinin müavini (1 vakant yer üzrə 8 namizəd) vəzifələri olub.

Müsahibələrin 2019-cu il 18-31 yanvar tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər 1384 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +