Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


09.01.2019  12:25 

Mal-qara oğruları saxlanılıb





A+  A-

Salyanda mal-qara oğruları tutulub.
XəzərNews.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Salyan rayon sakini Xanhüseyn Heybətov yanvarın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Çuxanlı kənd sakinləri Böyükkişi Hacıyev və Elmar Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edib. Ətraflarında aparılan araşdırmalar zamanı onların digər oğurluq əməllərində də iştirakının olduğu məlum olub. Belə ki, onlar müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 4 tövlədən 23 baş xırdabuynuzlu heyvanı və marketlərin birindən ümumi dəyəri 2000 manat olan ərzaq və tütün məmulatlarını oğurladıqları məlum olub.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər 1523 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +