“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.04.2025  10:22 

Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı





A+  A-

Bakıda köhnə, qəzalı vəziyyətdə olan tikililərin söküntüsü davam edir.

XəzərNews.az Xəzər TV-yə istinadən bildirir ki, Xətai, Sabunçu, Suraxanı rayonlarında söküntü aparılacaq ünvanlar açıqlanıb.

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən bir neçə qəzalı binanın sökülməsi, o cümlədən Zabrat qəsəbəsi, Babək küçəsi 23, N. Allahverdiyev (keçmiş Frunze) küçəsi 16 və 6-cı Mədən küçəsi 38 ünvanlarında yerləşən binaların sakinlərinə birdəfəlik maddi kompensasiya ödənilərək köçürülməsi barədə müvafiq qurumlar tərəfindən qərar verilib.

Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ev 87, Xətai rayonu, Oksigen küçəsi ev 1, Marat Əmirxanov küçəsi ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar da söküntü işlərinin başlanacağı ünvanlar siyahısında yer alıb.

Qeyd olunan binalarda mənzillərin sahələrinin müəyyənləşdirilməsi ilə bağlı ölçü işlərinin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Sabuncu və Xətai rayon İcra Hakimiyyətlərindən bildirilib ki, artıq investorlar cəlb olunub, işlər mərhələlərlə davam etdiriləcək.

Qəzalı binaların sakinləri isə hələlik onlara kompensasiya ilə bağlı konkret söz deyilmədiyini bildirirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyir ki, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur.

Xətai, Sabunçu, Suraxanı rayonlarında qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə, nəzərə alınır. Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.

Daha ətraflı videomaterialı təqdim edirik:



Xəbər 1117 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +